Şəhidlər.

Vəziyyə elədirki az qala bütün səhərlərimizi yeni əsgər ölümü xəbəri ilə açırıq. Çox qəzəbliyəm, dostlar! Amma qəzəbim valideynin 18 il böyüdüb bəslədiyi övladına 1 il, 1 il 6 ay nəzarət eliyə bilməyən hakimiyyətə deyil (onların vəziyyəti onsuzda məlumdur və sirr deyil), bədbəxt, vecsiz, vətəndaş mövqeyi olmayan, qorxaq, bisavad cəmiyyətə, cəmiyyətin cavan-cavan uşaqların ölümünə olan reaksiyasınadır.

18-19 yaşlı, sümükləri az qala əsgər geyimlərini üstündən bilinən kasıb-kusub uşaqların cəhənnəmin içinə göndərilib birə kimi qırılmasına reaksiya “Allah rəhmət eləsin, nə yaxşı şəhid oldular, İnşallah cənnətə düşəcəklər”dən başqa heç nə olmur, kişi cinsinin igid nümayəndələrindəysə pafos daha da güclənir, cümlə “inşallah şəhidlik mənə də qismət olar”nan əvəzlənir.

Ay balam deyirəm bəlkə cənnətdə təzə əsgərlərdən ibarət qoşun filan yığılır xəbərimiz yox, bəlkə hüri-mələklər orda xüsusi hərbi təlimlər keçir torpaqlarımızı almaqçun biz bilmirik, bu igid Qarabağ tamarzıları bilirlər. Bəlkə bu hakimiyyətin gizli analoqu olmayan hərbi proqramıdırki, bu dünyadan nə qədər əsgər ölsə daha çox xeyirdir. Hə? Bəlkə mən indi dəhşətli bir hərbi sirrin üstünü açıram, xəbərim yox. Bəlkə ona görə atəkəs dövründə 100-lərlə əsgər müxtəlif səbəblərdən ölməsinə baxmayaraq Səfər Əbiyev istefaya göndərilmir, bu qədər insanın qatili sayıldığı halda hərbi tribunala verilmir, hm? Nə deyirsiz ay gənclər təşkilatları, ay millət bəlkə elə susmağa davam edək, hər ölən əsgərə görə allaha şükür edib, birbaşa cənnətə getməsi üçün dua edək?!

Hər bir əsgər əsgər olmamışdan öncə insandi. Hər il bu qədər insanın ölümünə göz yummaq, “allah rəhmət eləsin” deyib keçmək, “şəhiddir, cənnətə düşəcək” sözləriylə özünə təsəlli vermək vətəndaş mövqeyini göstərməyə qorxmaqdan başqa bir şey deyil. Kütlə düşünməyə qorxur, məsələnin mahiyyətini araşdırsa vicdanı sakit oturmağa imkan verməyəcək deyə düşünmədən yaşamağı üstün tutur. Yalançı qəhrəmanlıq dastanları uydurur, şəhidlik zirvəsi ucaldır xəyalında. Düşünməyə qorxan insanlarınsa ölüdən fərqi yoxdur. Allah bizim kütləyə rəhmət eləsin, yerləri cənnət olsun.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s